MİDA növbəti satışa ciddi hazırlaşıb: “Əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib” - RƏSMİ

Hazırda oxunan: MİDA növbəti satışa ciddi hazırlaşıb: “Əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib” - RƏSMİ

89754

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə ümumilikdə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq.

Aksiya 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

MİDA-dan növbəti GÜZƏŞTLİ MƏNZİLLƏR 

 


Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil ala bilərlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

Bəs bu dəfəki satışda əvvəllər olduğu kimi kənar müdaxilələrin olmaması üçün Agentlik hansı tədbirlər görüb?

Bu sualla MİDA-ya müraciət etdik. Agentlikdən sorğumuza cavab olaraq bildirdilər ki, “ötən müddət ərzində “Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi işi həyata keçirilib:

“Xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə 15-22 sentyabr 2022-ci il tarixində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib. Bununla da güzəştli mənzil əldə etmək istəyən vətəndaşlar tərəfindən seçimin bərabər şəraitdə, etibarlı, təhlükəsiz və şəffaf şəkildə reallaşdırılması təmin ediləcəkdir”.

MİDA fürsətdən istifadə edib vətəndaşlara bir daha tövsiyə edir ki, mənzil seçimini yalnız özləri həyata keçirsinlər və xüsusi proqramlardan və ya proqramistlərin köməyindən istifadə etməsinlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin