Türkiyə mətbuatı "Qalatasaray"ın "Qarabağ"ın müdafiəçisi Toral Bayramovla maraqlandığını yazıb.
Bizim.Media DHA-ya istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk millimizin də üzvü olan müdafiəçinin keçidini istəyir.
21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə "Qalatasaray"ın transfer hədəfinə çevrildiyi qeyd olunub. İstanbul klubunun Bayramovun meneceri ilə danışıq apardığı bildirilib.
Xəbərdə o da qeyd olunub ki, həm Toral, həm də "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevlə bir neçə Türkiyə klubu maraqlanır. Toralın xidmətində Superliqadan "Kayserispor" və 1-ci Liqadan "Eyüpspor"un da maraqlı olduğu qeyd olunub.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, kluba hər hansı futbolçuları ilə bağlı rəsmi təklif olunmayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:34 / 20.08.2022
"Qalatasaray" azərbaycanlı futbolçu üçün meneceri ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: "Qalatasaray" azərbaycanlı futbolçu üçün meneceri ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: "Qalatasaray" azərbaycanlı futbolçu üçün meneceri ilə danışıqlara BAŞLADI
89576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.