Qubanın Gədişqışlaq kəndi ərazisində meşə ərazisində yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, yanğının digər ərazilərə keçmə təhlükəsi yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib:
“Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.
Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ötən gündən burada alov qeydə alınmayıb, sadəcə tüstülənmə var.
Hazırda 3 yanğınsöndürən avtomobiil və 1 helikopter tüstü ocaqlarını söndürməklə məşğuldur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu