Sevdanın toyuna dəvət olunmayan Anar: “Ona başa salar ki, naxçıvanlıları sevmək lazımdır” - VİDEO  

Hazırda oxunan: Sevdanın toyuna dəvət olunmayan Anar: “Ona başa salar ki, naxçıvanlıları sevmək lazımdır” - VİDEO  

89550

“Sevda toyuna məni dəvət etməyib, pulum cibimdə qalıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri prodüser Anar Mədətov qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.

Anar bir il əvvəl baş tutan və şou əhlinin axın etdiyi müğənni Sevda Yahyayevanın toyunda iştirak etməməsinin səbəblərini dilə gətirib.

“Hamıya yaxşılıq etmişəm. Heç kim deyə bilməz ki, ona pislik etmişəm. Mənə pislik etməsələr, heç kimə pislik etmərəm. Sevda toyuna çağırmayıb, yerimə başqa adamı çağırıb və ya Anar deyibsə, dəvətnaməm ayrı insana gedib. Əsas odur ki, Sevda naxçıvanlıya ərə gedib.
Naxçıvanlıya ərə gedibsə, onlar Sevdaya başa salar ki, naxçıvanlıları sevmək lazımdır. Elə vaxtı ilə sənə naxçıvanlı Anar Mədətov dəstək olub”.

Qeyd edək ki, S.Yahyayeva həkim-genetik Zakir Bayramovla ailə qurub. Ana olacaq müğənni hazırda hamiləliyinin dördüncü ayındadır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin