Hazırda Siyəzən rayonunda yanğın davam edir.
Rayon İcra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, dağlıq Yuxarı Ələz istiqamətində kol-kos və meşə ərazisi yanır.
Yanğın nəticəsində Siyəzən rayonunda 30 hektar meşə və kolluq ərazi yanıb. Yanğının kəndlərə keçməsinin qarşısı alınıb. FHN-nin bir helikopteri və 8 yanğınsöndürən avtomobili ərazidə işləyir.
Quba və Şabranda isə bu gün tüstülənmə ocaqlarının tam söndürülməsi işləri aparılır. Qubada Gədikqışlaq və Şabranda isə Çuxurəzəmi kəndlərində tüstülənmə ocaqları qalıb.
Ümumiyyətlə, bölgədə FHN-nin yanğınsöndürmə texnikaları və 3 helikopteri vəziyyətə tam nəzarət edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
