Azərbaycan millisinin və İsveçrə "Qrasshopper"inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, səfərdə "Sion"la 2:2 hesablı heç-heçə etdikləri V tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.
Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:36 / 20.08.2022
Azərbaycan millisinin hücumçusu koronavirusa YOLUXDU
Hazırda oxunan: Azərbaycan millisinin hücumçusu koronavirusa YOLUXDU
Hazırda oxunan: Azərbaycan millisinin hücumçusu koronavirusa YOLUXDU
89524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.