İlqar Məmmədovun “meşələrin yanması xeyirdir” iddiasına CAVAB: “Karbon bioksit 35 faiz yüksəkdir”

Hazırda oxunan: İlqar Məmmədovun “meşələrin yanması xeyirdir” iddiasına CAVAB: “Karbon bioksit 35 faiz yüksəkdir”

89396

REAL Partiyasının sədri İlqar Məmmədov Azərbaycanın bəzi bölgələrində baş verən meşə yanğınları fonunda iddia edir ki, bu yanğınlar təbiət üçün faydalıdır. 

"Meşə yanğınları insan və təbiət üçün zərərli səciyyə alanda tədbirlər önəmlidir. Amma yanğınların təbiətə böyük faydası da elmə məlumdur. Yanğınlar ekosistemlərə yeni nəfəs verir. Elə canlılar var ki, müntəzəm yanğınlar ekosistemi təzələməsə onlar məhv olar. Uzun müddət meşələri yanğından bərk qorusan, gec-tez yenə də yanacaq, amma yananda zərəri xeyrini üstələyəcək”.

Görəsən, partiya sədri səsləndirdiyi məsələdə haqlıdırmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ekoloq İsa Mustafayev isə bildirir ki, meşə yanğınlarının ətraf mühitə heç bir xeyri yoxdur, əksinə ətraf mühitə, insana, fauna və floraya təhlükə törədir: 

“BMT-nin 3 məşhur qlobal ekoloji konvensiyası mövcuddur. Bio müxtəlifliyin saxlanılması və qorunması, səhralaşmaya qarşı mübarizə və iqlim dəyişmələri. Yanğın nəticəsində isə bu konvensiyanın bütün şərtləri pozulur”. 

Həmsöhbətimiz qeyd edir ki, təbiətin yaratdığı bitki və heyvanat aləmi ekstremal təsirlərə məruz qalmırsa, proses normal inkişaf edir:

“Amma hardasa yanğın baş verir, həşəratlar, torpağın üst qatı məhv olursa, ətraf mühitə külli miqdarda karbon bioksit qazı axıdılırsa, ağaclar yanırsa, atmosferdə oksigen azalır, karbon bioksit isə çoxalır, nəticədə iqlim dəyişmələri də sürətlənir. Qarabağdakı meşələr bütünlüklə yansa, Azərbaycanda karbon bioksit kvotasına 10 faiz əlavə olunacaq. Halbuki, Paris razılaşmasına görə, Azərbaycan karbon bioksiti 35 faiz azaltmalıdır”. 

İ.Mustafayev deyir ki, yanğının təbiətə faydasının olduğunu yazanlar bu zaman artan karbon bioksitin bitkilərin vegetasiyası dövründə lazım oduğunu əsas gətirməklə həmin fikrə gəliblər:

“Amma əfsuslar olsun ki, yanğın qidalanmadan çox yaşıl kütləni, atmosferdə oksigeni məhv edir, vəzində karbon bioksitin həcmi artır. Bu isə İqlim Dəyişmələri üzrə Konvensiyada üzərimizə götürdüyümüz bütün öhdəliklərin əleyhinədir. O cümlədən torpağın üst qatı və təbii mühitin formalaşmasında mühüm rol oynayan mikroorqanizmlər məhv olur”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin