Ərinin soyadını götürən Afətə brilliant üzük hədiyyə olundu - VİDEO  

Hazırda oxunan: Ərinin soyadını götürən Afətə brilliant üzük hədiyyə olundu - VİDEO  

89354

Müğənni Afət Fərmanqızı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, rusiya vətəndaşı, iş adamı Mamed Nanacanovla ailə quran sənətçi rəsmi olaraq artıq onun soyadını götürdüyünü açıqlayıb.  

Bu haqda isə Afət sosial şəbəkə hesabında məlumat yayıb.  

Müğənni Nanacanova olduğu münasibəti ilə həyat yoldaşı tərəfindən hədiyyə “yağışına” tutulub. Mamed Afətə brilliant daşlı qızıl üzük hədiyyə edib.  

Üzüyünü barmağına taxdığı anı çəkərək, sosial şəbəkə səhifəsində yayımlayan sənətçi “Bu gün soyadımı dəyişib Nanacanova oldum. Bu münasibətlə ərim mənə tək daşlı brilliant üzük aldı. Seçimi isə mənə buraxdı. Mən də bunu seçdim. Necədir?” şərhini yazıb.  
Qeyd edək ki, Afət Fərmanqızı ailə qurduqdan sonra Rusiyaya köçüb.  

Rəşad Əliyev Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin