Bakıda açıq havada işlər dayandırılacaqmı? – RƏSMİ CAVAB 

Hazırda oxunan: Bakıda açıq havada işlər dayandırılacaqmı? – RƏSMİ CAVAB 

89257

Son günlər Bakıda havalar həddindən artıq isti keçir. Bütün yayda müşahidə olunmayan yüksək hərarət avqustun son bir həftəsində özünü biruzə verib. Bəzi məqamlarda havanın hərarəti +40 dərəcəni keçdiyi də müşahidə olunub.

Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. 

Aşırı isti havalarda işçilərin həyat və sağlamlığının mühafizəsi üçün onlara sərinləmək imkanı yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

Həm də bu fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Bir neçə gündür ki, ölkə ərazisində, o cümlədən paytaxtda havanın temperaturunun 41 dərəcədən yuxarı olması barədə məlumat rəsmi surətdə yayımlanır. 

Bəs onda bu prosesə nəzarət mexanizmi necədir, nəzarət varmı?- sualıı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət etdik. Xidmətin rəsmisi Aynur Osmanqızı dedi ki, Prezidentin müvafiq sərəncamına (17 mart 2021) əsasən sahibkarlıq subyektlərində yoxlama apara bilmirik:

“Yalnız vətəndaşların müraciətlərinə baxırıq, yəni hansısa obyektdə həmin saatlarda insanlar işləməyə məcbur edilirsə, onu nəzarətə alırıq”.

Dövlət rəsmisi onu da bildirdi ki, hər gün hava proqnozunu müvafiq idarədən öyrənirik: 

“Bu gün Bakıda 37 dərəcə isti var, dünən də temperatur 40 dərəcəni keçməyib”. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin