Şirvan ŞPŞ-nə şəhər ərazisində yerləşən yataqxanaların birində Teymur adlı şəxsin ailə üzvlərinə, eləcə də yataqxana sakinlərinə qarşı uca səslə nalayiq ifadələr işlətməsi, həmçinin özünə və vətəndaşlara əlində olan bıçaqla xəsarət yetirmək istəməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar qeyd olunan ünvana gedən şöbə əməkdaşları ictimai qaydanı kobud şəkildə pozan şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Əliyevi nizam-intizama dəvət edərək, əlində olan bıçaqları təhvil verməyə çağırıblar.
Lakin sonuncu edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmağa və ətrafda olan şəxslərə qarşı hədələrini davam etdirib. Bu zaman polis əməkdaşları tərəfindən onun bu əməlinin qarşısı alınıb və polis şöbəsinə gətirilib. Həmçinin saxlanılan zaman ondan iki ədəd bıçaq da götürülüb.
Dindirilmə zamanı T.Əliyev etdiyi əməli spirtli içki təsiri altında törətdiyini və səmimi peşman olduğunu bildirilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 18.08.2022
Şirvanda vətəndaşlara bıçaqla xəsarət yetirmək istəyən şəxs saxlanıldı
Hazırda oxunan: Şirvanda vətəndaşlara bıçaqla xəsarət yetirmək istəyən şəxs saxlanıldı
Hazırda oxunan: Şirvanda vətəndaşlara bıçaqla xəsarət yetirmək istəyən şəxs saxlanıldı
89253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.