Qeyri-yaşayış binalarında enerji sərfinin auditi ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: Qeyri-yaşayış binalarında enerji sərfinin auditi ilə bağlı YENİ QƏRAR

89206

Nazirlər Kabineti “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları” təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qərarda qeyd edilir ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri- yaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:

- illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

- tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin