Polis Biləsuvarda əməliyyat keçirdi – SAXLANILAN VAR

Hazırda oxunan: Polis Biləsuvarda əməliyyat keçirdi – SAXLANILAN VAR

89195

Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisinə xaricdən külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddənin gətirilərək realizə olunmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində saxlanılıb.

Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qam tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin