Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin sədri işləmiş Sahib Xəlilov və Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hər iki şəxs Cinayət Məcəlləsinin 29,178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq əməli törətməyə cəhd etmək), 29,178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq əməli törətməyə cəhd etmək), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin, onlar 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunublar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hər iki sabiq məmurun apellyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan hər iki sabiq məmur kasassiya şikayəti veriblər.
Onların şikayətləri Ali Məhkəməyə təqdim olunub. İş hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmənin nə vaxt keçiriləcəyi barədə hələ ki məlumat yoxdur.
Qeyd edək ki, Sahib Xəlilov və Rahib Xəlilov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunublar.
İttihama görə, onlar bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəyiblər.
Hər iki şəxs 5 min manatı Zərdab rayonu ərazisində kafelərdən birində alarkən yaxalanıblar.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 18.08.2022
Rüşvətdə ittiham olunan bələdiyyə sədri və icra nümayəndəsinə CƏZA VERİLDİ
Hazırda oxunan: Rüşvətdə ittiham olunan bələdiyyə sədri və icra nümayəndəsinə CƏZA VERİLDİ
Hazırda oxunan: Rüşvətdə ittiham olunan bələdiyyə sədri və icra nümayəndəsinə CƏZA VERİLDİ
89187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.