Qubanın yanğın baş verən ərazilərdə alov artıq lokallaşıb. Rayonun Qasımqışlaq və Vəlvələ kəndləri ərazilərində baş verən yanğın nəzarətə götürülüb.
Quba FHK-nın sədri Tariyel İbrahimov Bizim.Media-ya məlumatında bildirib ki, yanğın Qasımqışlaq kəndi ərazisində çətin dağlıq və təpəlik ərazidə baş verdiyindən həmin yerə texnika çıxarmaq mümkün olmur, alov orada əl əməyi ilə söndürülür.
Hazırda rayonda 10-dan artıq yanğınsöndürən avtomobil işləyir. Külək güclənərsə, alovun genişlənməsi istisna edilmir. Bunun üçün bütün qabaqlayıcı tədbirlər görülür.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu