Sabirabad rayonunun mərkəzindən 40 kilometr məsafədə yerləşən Hacıbəbir kəndinin əsas yolu bərbad vəziyyətdədir.
12 kəndi birləşdirən bu yol 2016-cı ildə asfaltlanıb, amma iki-üç il ərzində yenə yararsız hala düşüb.
Hacıbəbir kənd sakini Əlvan Məmmədov deyir ki, problemimiz mövsümə görə dəyişir: “Qışda palçıqdan, yayda isə toz dumanından hərəkət etmək çətin olur”.
Kənd sakininin sözlərinə görə əhali hər il vəsait toplayıb yolu təmir etdirir, ancaq yalnız yay mövsümü rahat olur:
“Elə ki, yağışlar yağır, yolu su yuyub aparır”.
Əlvan Məmmədov deyir ki, yol bərbad olduğundan taksilər bir kilometr yolu xəstəxanaya 10 manata aparır:
“Kəndə təcili yardım maşını gəlib çıxınca xəstənin halı iki dəfə dəyişir”.
Yolun bu vəziyyətdə olması ən çox məktəblilərə çətinlik yaradır. Qış aylarında məktəbə gediş-gəliş daha da çətinləşir. Kimin maşını var uşağını dərsə aparır, olmayanlar dərsdən qalır. Maşın demiş, kənd camaatı yolların avtomobillərini sıradan çıxarmasından da gileylidir.
“Avtomobillərin vəziyyətindən danişmağa dəyməz. Ehtiyat hissələri almaqdan zara gəlmişik”.
Hacıbəbir kəndinin daha bir sakini Xudaverdi Məmmədov deyir üç-dörd ildən bir gəlirlər, təmir adı ilə “yola verib” çıxıb gedirlər:
“Bazara, dükana belə, kənddən 3 km məsafədə olduğu üçün, gedib-gələ bilmirik”.
Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət ediblər, heç bir tədbir görülməyib.
Problemlə bağlı, yerli bələdiyyə ilə əlaqə saxladıq. Bələdiyyə sədri Qeyrət Şükürov bildirdi ki, Hacıbəbir kəndinin daxili yollarının hazırkı vəziyyəti onları da narahat edir:
“Kəndarası yolların əsaslı təmiri istiqamətində layihə planı hazırlanılır və yaxın zamanda həm Hacıbəbir kəndinin, həm də bələdiyyənin ərazisində olan digər kəndlərin yollarında əsaslı təmir işləri aparılacaq”.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 18.08.2022
2016-cı ildə çəkilən yoldan əsər-əlamət qalmayıb - CAVAB verən olacaqmı? - FOTO
Hazırda oxunan: 2016-cı ildə çəkilən yoldan əsər-əlamət qalmayıb - CAVAB verən olacaqmı? - FOTO
Hazırda oxunan: 2016-cı ildə çəkilən yoldan əsər-əlamət qalmayıb - CAVAB verən olacaqmı? - FOTO
89099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.