Corc Qafarov ETİRAZ ETDİ: “Yaxamdan əl çəkin, icazə verin yaşayım” - FOTO

Hazırda oxunan: Corc Qafarov ETİRAZ ETDİ: “Yaxamdan əl çəkin, icazə verin yaşayım” - FOTO

89098

“İnsanlara qarışmağım, cəmiyyət içinə çıxmağım normal insanlardan fərqli olaraq çox gec olub. Cəmiyyət içinə çıxdım, amma sıradan bir insan kimi yox, daha çətin məsuliyyət daşıyaraq aktyor kimi çıxdım. Mənim çox kiçik və çox böyük səhvlərim ola bilər. Olub! Amma bu o demək deyil ki, mən bu səhvlərdən nəticə çıxartmıram. Sadəcə mənim formalaşmamda cəmiyyətin payı az olmayıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri gənc və istedadlı aktyor Corc Qafarov sosial şəbəkə hesabında yazıb.

Corc istər cəmiyyətdə, istərsə də sosial şəbəkədə haqqında yazılıb-pozulan və müzakirə predmetinə çevrildiyindən narahatlıq keçirdiyini vurğulayıb.

“Bir insan kimi ətraf mənə çox güclü təsir və idarə edə bilir. Amma aktyor kimi mənə təsir etmək mümkünsüzdür.

Yəni mən Corc olaraq qalmaq istəyirəm səhvlərimlə, düzlərimlə. Çox xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, mənə təsir etməyin. Sadəcə mənim yaxamdan əl çəkin! İcazə verin, nəfəs alım, yaşayım”.
Qeyd edək ki, Corc Qafarov Latviyada anadan olub. Anası azərbaycanlıdır. Valideyinləri ayrıldıqdan sonra o, qardaşı Jerarla birlikdə uşaq evində böyüyüb. Hər iki qardaşı müğənni Roza Zərgərli övladlığa götürüb. Corc ADMİU-nin aktyorluq fakultəsini bitirib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin