Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaradacaq.
ƏƏSMN-dən Bizim.Media-ya verilən xəbərə görə, bu fikir qeyd olunan modelin tətbiqinə hazırlıq işləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda vurğulanıb.
Nazir müavini Vüsal Nəsirli “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işlərinin davam etdirildiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Nazirlik həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək.
Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları da hazırlanacaq.
İclasda himayədar ailə institutunun tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:28 / 17.08.2022
Kimsəsiz uşaqların himayəsi ilə bağlı qanunvericilik bazası yaradılır
Hazırda oxunan: Kimsəsiz uşaqların himayəsi ilə bağlı qanunvericilik bazası yaradılır
Hazırda oxunan: Kimsəsiz uşaqların himayəsi ilə bağlı qanunvericilik bazası yaradılır
89095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.