İnsandan heyvana ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Bizim.Media “euronews”a istinadən xəbər verir ki, bu barədə Parisdəki (Fransa) Sorbonna Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssislərinin “The Lancet”də dərc etdiyi araşdırmada bildirilir.
Məlumata görə, meymunçiçəyi iki kişi ilə birlikdə yaşayan itdə müəyyən edilib. Heyvanın onlardan biri tərəfindən yoluxmuş ola biləcəyi deyilir.
Kişilərin hər ikisinə iyunun əvvəlində meymunçiçəyi diaqnozu qoyulubmuş.
İlk simptomlardan 12 gün sonra isə onların 4 yaşlı itlərində dəridə və selikli qişalarda çoxsaylı zədələr, o cümlədən iri irinli sızanaqlar və xoralar görünüb.
Daha sonra itə PZR testi aparılıb və nəticələr müsbət olub.
Pasiyentlərin sözlərinə görə, onlar itə yataqlarında yatmasına icazə veriblər.
Həkimlər onu da vurğulayıblar ki, yoluxmuş itin meymunçiçəyi virusunu insanlara ötürə biləcəyi hələlik məlum deyil.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 17.08.2022
İnsandan heyvana meymunçiçəyi yoluxdu - İLK DƏFƏ
Hazırda oxunan: İnsandan heyvana meymunçiçəyi yoluxdu - İLK DƏFƏ
Hazırda oxunan: İnsandan heyvana meymunçiçəyi yoluxdu - İLK DƏFƏ
89076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.