Əməkdar artisti Elmira (Emma) Ələkpərzadə ötən gün dünyasını dəyişən aktrisa – müğənni Firəngiz Rəhimbəyova ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında mərhum aktrisanın vurğunu olduğunu yazıb.
“Firəngiz Rəhimbəyova mənim üçün səsi güclü olan müğənni idi. Uşaqlıq illərində televizor qarşısında əyləşib efirdə göstəriləcəyi vaxtı gözləyirdim. Üzücü xəbər... Allah rəhmət eləsin”, – deyə Emma paylaşımının şərh bölməsinə yazıb.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.
Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova infarktdan dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:41 / 17.08.2022
Emma mərhum Firəngiz Rəhimbəyovadan yazdı: “Uşaqlıqda onu efirdə gözləyirdim” - FOTO
Hazırda oxunan: Emma mərhum Firəngiz Rəhimbəyovadan yazdı: “Uşaqlıqda onu efirdə gözləyirdim” - FOTO
Hazırda oxunan: Emma mərhum Firəngiz Rəhimbəyovadan yazdı: “Uşaqlıqda onu efirdə gözləyirdim” - FOTO
89026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.