Sevda ərindən DANIŞDI: “Səyahətimizin pulunu yarı-yarıya bölürük” - VİDEO

Hazırda oxunan: Sevda ərindən DANIŞDI: “Səyahətimizin pulunu yarı-yarıya bölürük” - VİDEO

88972

“Özümə hörmət etdiyi kimi, sənətimə də hörmətlə yanaşır. Hər zaman məni həvəsləndirir ki, öz üzərində işlə, daha çox axtarışda ol. İncəsənəti çox sevir. Musiqini, incəsənəti çox sevir. Müasir düşüncəli insandır. Yoldaşım mənə heç bir qadağa qoymur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Həyat yoldaşı, həkim-genetik Zakir Bayramovla eyni bürc altında doğulduğunu söyləyən sənətçi bir-biri ilə yola getdiyini dilə gətirib.

“Yoldaşım məndən məşhurdur. Hara gedirəm, onu məndən soruşurlar. İkimiz də oğlaq bürcündənik. Şükürlər olsun ki, yola gedirik. Oğlaq bürcü olan insanlar qapalı olurlar. Amma müsbət xüsusiyyətləti daha çoxdur. Dostcanlı, zəhmətkeşdirlər, həyatda uğurlu insanlar olurlar. Bir sözlə, hər şeyi onlara etibar etmək olar. Hamıya güvənmirlər”. 

“Həftə səkkiz, mən doqquz” səyahətə çıxan cütlük getdiyi ölkələrdə xərclərindən də söz açıb. “Səyahəti çox sevirəm, həmişə arzum olub. Ailə qurmamışdan əvvəl də bir çox ölkələrə səyahət etmişəm.
2009-cü ildə Niderlandın Rotterdam, 2013-cü ildə Almaniyanın Köln, ABŞ-ın  Nyu-York, Los-Anceles və Las-Veqas şəhərlərində  olmuşdum. Bacardığım qədər gəzmişdim.

Səyahətimizin pulunu yarı-yarıya bölürük. Büdcəmiz, qazancığımız eynidir, düzgün bölüşdürürük. Hər şeyi bərabər şəkildə edirik. Ona görə də səyahət etmək bizim üçün rahat olur”.

Qeyd edək ki, hamiləliyinin dördüncü ayında olan Sevda Yahyayeva tezliklə ana olacaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin