“Azərbaycan neftini qaz əvəz edəcək, iqtisadiyyatımız üçün təhlükə yoxdur” – İlham Şabanın PROQNOZU

Hazırda oxunan: “Azərbaycan neftini qaz əvəz edəcək, iqtisadiyyatımız üçün təhlükə yoxdur” – İlham Şabanın PROQNOZU

88888

“170 ildir bizim iqtisadiyyat neftə bağlıdır. 1870-ci ildən bəri, şübhəsiz ki, ən çox gəlir gətirən sahə neftdir. Gələcək 10-15 il üçün rahat demək olar ki, neft öz dominantlığını qoruyub saxlayacaq, daha sonra öz yerini qaza verəcək. Artıq 2020-ci ildən sonra biz qaz da transfer edirik”.

Bu fikirləri Bizim.Media-ya iqtisadçı ekspert İlham Şaban, son günlər neft qiymətlərinin düşmə səbəblərini açıqlayarkən söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – İlham Şabandan PROQNOZ 


Ekspert bildirib ki, bu tendensiyanın Azərbaycan iqtisadiyyatı üçün elə də təhlükəsi yoxdur. Çünki…

“Neft hasilatı azaldıqca, qaz hasilatı artır. Bu il ilk dəfə Azərbaycan tarixində 35 milyard kub metr ətrafında əmtəəlik qaz hasil edəcəyik. Ötən il 30 milyard kub metr həddini aşan, dəqiq desək, 32,5 milyard kub metr qaz hasil etmişdik. Bu il yenə 2,5 milyard həmin hasilatı artıracağıq. Ümumilikdə, Azərbaycanın tələbatdan asılı olaraq yaxın 10 ildə qaz hasilatını 45 milyard kub metrə qədər çıxarmaq imkanı var. İnfrastruktur, yataqlar xeylidir, sadəcə onun alıcıları ilə uzlaşmaq lazımdır. Çünki bu qaz layihələri uzunmüddətli dövr üçün hesablanmış layihələrdir”. 

İlham Şaban qeyd edib ki, Azərbaycan neft hasilatının pik həddini 2010-cu ildə keçib. Bu zaman 50,8 milyard ton göstərici olub:

“Bu il isə bu göstəricinin yarısı qədər neft hasilatı olacaq. Son 12 ildə kifayət qədər neft azalıb. Bizim iqtisadiyyatımız ənənəvi enerji daşıyıcılarının üzərində qurulub. Neftdən bu il 10 milyard dollar, qazdan 1,8-2 milyard dollar gəlir əldə etməyimiz planlaşdırılır. Uzaq gələcəkdə isə neft gəlirləri və qaz gəlirləri bərabərləşəcək, fərq ortadan qalxacaq. Qeyri-neft sektoru ixracı 2 milyard dollar vəsait gətirir.  Bunun 500 milyonu SOCAR-ın müəssisələridir. Ümumilləşdirsək, neft və qaz hasilatı, belə görünür ki, bir-birini sabitləyəcək”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin