III ixtisas qrupu ilə bağlı VACİB XƏBƏR

Hazırda oxunan: III ixtisas qrupu ilə bağlı VACİB XƏBƏR

88887

"III qrupda plan yerlərinin sayı təxminən 800 artırılıb və yeni ixtisaslar da mövcuddur".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, III qrupda DT altqrupunda plan yerlərinin sayı 13 512, müsabiqəyə buraxanların sayı isə 13 796 nəfərdir:

“Bu, o deməkdir ki, təxminən 200 nəfər ali məktəbə qəbul ola bilməyəcək. Müsabiqəyə buraxılanlar 200 baldan yuxarı nəticə göstərənlərdir. 150-200 bal toplayanlar isə 16 572 nəfərdir.

Plan yerinə 150 ballıq ixtisaslar da daxil olduğundan, bu, o deməkdir ki, sözügedən altqrupda 3000 nəfər ali məktəbə qəbul ola bilməyəcək.

Bu alt qrupda heç vaxt subbakalavrlar üçün yer olmur və bu il də olmayacağını düşünürük. Lakin keçən il 50 nəfər qəbul olmuşdu, bu il bir o qədər subbakalavr qəbul ola bilər".

Məleykə Abbaszadə qeyd edib ki, 440 baldan yuxarı nəticə göstərən hər bir şəxsin dövlət sifarişli yerlərdə oxumaq şansı var:

"Lakin burada yüksək keçid balı olan ixtisaslar var. III qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı keçən illə müqayisədə aşağı düşüb. Belə ki, bu il onların sayı 342 nəfərdir. Keçən il bu rəqəm 617 idi. Keçən il hansısa ixtisasda keçid balı 500 baldan yuxarı idisə, bu il həmin ixtisasda 480-490 bal ətrafında ola bilər".
DİM-in Direktorlar Şurasının sədri əlavə edib ki, 250-dən aşağı keçid balları olan ixtisaslarda vəziyyət dəyişməyəcək:

"Orada ballar aşağı düşməyəcək. Çünki orta nəticə göstərənlərin sıxlığı artıb. Yuxarı reytinqli ixtisaslarda ballar azala bilər, orta və aşağı reytinqli ixtisaslarda ballar keçənilki səviyyədə olacaq. III qrupun TC altqrupunda dövlət sifarişli 1645 plan yeri var.

Abituriyentlərin sayı isə 2156 nəfərdir. Burada dövlət sifarişli yerlərə sənəd verənlər 280 baldan yuxarı toplamalıdırlar. TC altqrupunda 150-200 ballıq ixtisaslar da var.

Məsələn, regionşünaslıq ixtisası. Burada yerlərin sayı təxminən 1060-dır. Lakin namizədlərin sayı təxminən 3000 nəfərdir. Belə görürük ki, onların 2000-ə yaxını qəbul ola bilməyəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin