Almaniyalı səfir: “Azərbaycan ölkəmizin regionda ən mühüm iqtisadi tərəfdaşıdır”

Hazırda oxunan: Almaniyalı səfir: “Azərbaycan ölkəmizin regionda ən mühüm iqtisadi tərəfdaşıdır”

88883

“Ölkənizdə böyük səmimiyyətlə qarşılandığıma görə Sizə çox minnətdaram. Bizim ölkələrimiz arasında çox geniş münasibətlər var və bizi qarşıda çoxlu iş və bir çox fürsət gözləyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Siz doğru qeyd etdiniz ki, Almaniya və Azərbaycan geniş və çoxtərəfli münasibətə, konstruktiv siyasi dialoqa, güclü iqtisadi münasibətlərə malikdir. Azərbaycan Almaniyanın regionda ən mühüm iqtisadi tərəfdaşıdır. Biz enerji və bərpaolunan enerji sahələrində böyük potensial görürük”, deyə səfir qeyd edib.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı mina problemi ilə üzləşməsi, Birinci Qarabağ müharibəsindən etibarən 4 min azərbaycanlının itkin düşmüş şəxs hesab edilməsi, həmçinin Azərbaycanın təşəbbüskarı olduğu və Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edən sülh gündəliyi məsələləri də müzakirə olunub.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin