Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Bizim.Media xəbər verir ki, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 74,57 metr nəticə göstərib.
Bu, Skidanın mövsümdəki ən yaxşı göstəricisi olub. Final avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:14 / 16.08.2022
Azərbaycan atleti Avropa çempionatının FİNALINDA
Hazırda oxunan: Azərbaycan atleti Avropa çempionatının FİNALINDA
Hazırda oxunan: Azərbaycan atleti Avropa çempionatının FİNALINDA
88874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.