Yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminin təhlükəsizliyi üçün paytaxtda “Yaşıl zona” müəyyənləşdirib. Şəhər 25 min mühafizə xidmətlərinin əməkdaşları tərəfindən qorunur. Həmçinin dövlət təhlükəsizlik orqanlarının fəaliyyəti də gücləndirilmiş rejimdə işləyəcək.
Bizim.Media ABŞ-ın media qurumlarına istinadən yazır ki, milli mühafizə dəstələri Kapitoli binasının ətrafında təhlükəsizliyi təmin etmək üçün xüsusi qruplar yaradıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ prezidentlərinin andiçmə mərasimləri haqqında bilmədiklərimiz
Vəzifələri müxtəlif yerlərdə (nəqliyyat, küçələr, körpülər) nəzarəti ələ almaqdır.
Həmçinin, dövlət binalarının qarşısında bir neçə nəfərdən ibarət dəstələr də olacaq.
Tramp tərəfdarları tərəfindən ola biləcək hər hansı hücumların qarşısını almaq üçün paytaxta 25 mindən ibarət xüsusi mühafizə qüvvələri göndərilərək “Yaşıl zona” formalaşdırıb.
Gücləndirilmiş vəziyyət Birləşmiş Ştatların imicinə zərər vurub. Son iki ayda Trampın seçki nəticələrini müxtəlif bəhanələrlə saxta adlandırması Vaşinqtonda insanların silahlı etirazına səbəb olub. Nəticədə xəsarət alanların olduğu deyilir.
Hadisədən bir neçə gün qabaq FTB və Milli Təhlükəsizlik Departamenti əhaliyə xəbərdarlıq edib.
Andiçmə mərasiminin təhlüksizliyini təmin etmək üçün bir çox körpü, metro, nəqliyyat və “Mall”lar bağlanıb.
Tədbirləri artırmaq üçün ölkənin ən böyük ev kirayə edən şirkəti “AİRBNB” fəaliyyətini dayandırıb.
Təhlükəsizlik əməkdaşları nəqliyyat və səyahət xidməti göstərən qurumlardan səfər edənlərin siyahısını əldə edib.
Həmçinin, aeroportun bütün fəaliyyəti nəzarət altına götürülüb. Nəqliyyat Təhlükəsizliyi Administrasiyası uçuşlarda nəzarəti gücləndirib, partlayıcı maddələri tapmaq üzrə xüsusi itlərin sayını artırıb.
Əksər ştatlarda Tramp tərəfdarlarının hər hansı hücümuna qarşı tədbir görmək üçün ştatların mərkəzində və çox milyonlu şəhərlərdə tədbirlər artırılıb. Hətta Merilend, Yeni Mexiko, Yuta və Virciniya ştatlarında fövqəladə vəziyyət elan olunub.
Vüqar Ağamalıoğlu, Bizim.Media