M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, iki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə özül svaylarının vurulması yekunlaşıb, hazırda dayaqların tikintisi aparılır.
Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 16.08.2022
Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO/VİDEO
Hazırda oxunan: Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO/VİDEO
Hazırda oxunan: Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO/VİDEO
88841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.