Tarix boyu ABŞ prezidentlərinin andiçmə mərasimində içkili vitse prezident, göyərçinlərin zəhərlənməsi və s. maraqlı faktlar baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda “mentalfloss” saytı məlumat yayıb.
Corc Vaşinqtonun andiçməsi 2 ayrı şəhərdə olub. Birincisi, 1789-cu ildə Nyu-York şəhərinin Federallar zalında, ikincisi isə 1793-cü ildə Filadelfiyada Konqres zalında baş tutub.
O, birinci andiçməni keçirmək üçün borc pul alıb. Onun böyük torpaq sahələri olsa da əlində nağd pulu olmayıb. Hətta, birinci andiçmə zamanı Nyu-Yorka getmək üçün də borca pul götürüb.
İndi andiçmələr 20 yanvar tarixində olur, lakin 1933-cü ilə qədər mart ayında həyata keçirilib.
ABŞ-ın ikinci prezidenti Con Adamsın ailə üzvləri andiçmədə iştirak etməyib.
Tomas Ceferson və Con Adams çox yaxın dost olublar, hətta Şekspirin sevimli stolunu birgə oğurlayıblar. Ancaq Con Adams Cefersonun andiçməsinə gəlməyib.
Ceferson öz andiçmə mərasiminə sadə mülki geyimdə piyada gedən ilk prezident olub.
Ceyms Medison prezident kimi inauqurasiya mərasimindən sonra ilk andiçmə balladası təşkil edib. Balladaya giriş 4 dollar təşkil edib.
Doli Medison isə mərasimdə iştirak edən ilk birinci xanım olub. Con Kvinsi Adams mərasimdə ilk uzun balaqlı şalvar geyinən prezident olub. Zakari Taylor andiçmənin bazar gününə düşdüyü üçün tarixi dəyişib.
Franklin Pirs andiçmədə Bibliyadan istifadə etməyən ilk prezident olub. Onun andiçmədən aylar əvvəl qatar altında ölən oğluna görə belə etdiyi deyilir.
Ceyms Buçanan ikinci dəfə prezident seçkisində iştirak etməyəcəyini deyən yeganə prezident olub.
O, sözünün üstündə durub və ABŞ-ın ən pis prezidenti kimi tarixə düşüb. Andru Conson mərasim vaxtı şərxoş olan ilk prezident olub. Mərasimə gəlməmişdən əvvəl viski içib. Prezidentin birinci xanımı bu hərəkətdən utandığını deyib.
Hətta o qədər içkili olub ki, andiçmənin qaydalarına da əməl edə bilməyib. Avram Linkoln hamıya Andrunun içki içən insan olmadığını, yaxşı prezident olacağını deyib. Tedi Ruzvelt inauqurasiyada Avram Linkolnun üzüyünü taxaraq iştirak edib.
Voren G. Hardinq andiçmə mərasiminə avtomobili ilə gələn və gedən ilk prezident olub.
Kalvin Kulic yeganə ABŞ prezidenti olub ki, andiçmə zamanı onun əvəzinə atası and içib. İkinci dəfə prezident seçiləndə isə onun əvəzinə köhnə prezident Uilyam Hovard Taft and içib.
Uilyam Henri Harison mərasimdə 2 saat müddətində ən çox danışan prezident kimi tarixə keçib.
İnauqurasiyada 135 sözdən ibarət olan ən qısa nitqi ilə yadda qalan Corc Vaşinqton olub.
Dördüncü mərasimində Franklin D. Ruzvelt parad keçirməyən ilk prezident olub. Heri S. Trumanın mərasimi televiziya ilə ilk yayımlanan andiçmə olub. Lindon B. Conson təyyarədə andiçən yeganə president kimi tarixə düşüb.
Riçard Nikson andiçmədə göyərçin görmək istəməyib. Belə ki, göyərçinlər zəhərlənərək öldürülüb. 13 min dollar sadəcə göyərçinlərin öldürülməsinə xərclənib.
“Bleberry”, “Jelly Belly” və “Jelly Bean” ayaq üstü tükədilən lalaqillələr Ronald Reyqanın andiçməsi üçün ilk dəfə hazırlanıb.
Bu lalaqillələr o vaxtdan brendləşib məşhurlaşaraq bütün ABŞ-da satılmağa başlayıb.
Ronald Reyqanın ilk andiçməsində 1981-ci ildə normadan artıq isti olub. Yanvar ayı üçün 12 dərəcə isti anormal hava sayılır. 1985-ci ildə ikinci andiçmədə isə ən soyuq hava olub.
Bil Klinton 1997-ci ildə andiçməsində pianino ifa edən ilk prezident olub.
Çak Noris kiçik Corc Buşun andiçməsində prezidentin qonağı olub. Barak Obamanın andiçmə mərasimində rekord sayda insan qeydə alınıb. O, dörd dəfə and içən yeganə prezident olub.
Vüqar Ağamalıoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:06 / 18.01.2021
ABŞ prezidentlərinin andiçmə mərasimləri haqqında bilmədiklərimiz
Hazırda oxunan: ABŞ prezidentlərinin andiçmə mərasimləri haqqında bilmədiklərimiz
Hazırda oxunan: ABŞ prezidentlərinin andiçmə mərasimləri haqqında bilmədiklərimiz
8857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.