Azərbaycanda koronavirus infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ölkədə indiyədək bu infeksiyaya yoluxanların sayı 45 295 nəfərdir. Onlardan 40 144 -ü müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 4 521 nəfərdir.