Putinlə Ərdoğanın əməkdaşlığı NATO-da ciddi qıcıq yaradır - “The New York Times”

Hazırda oxunan: Putinlə Ərdoğanın əməkdaşlığı NATO-da ciddi qıcıq yaradır - “The New York Times”

88498

Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı NATO-da böyük qıcıq yaradır.

Bizim.Media xəbər verir ki, bu fikri Stiven Erlanger “The New York Times” üçün yazdığı məqalədə qeyd edib.

Mətndə deyilir ki, bu əlaqələr Qərbin bütün gücü ilə qurmağa çalışdığı sanksiya bəndində əhəmiyyətli bir boşluq yaradır.

Erlanger əlavə edib ki, Ankara Moskvaya qarşı sanksiyalara qoşulmayıb, Rusiya bankları ilə işləmək imkanlarını axtarır, həmçinin Rusiyanın kredit kartları ilə ödənişləri qəbul edir.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder demişdi ki, Putinin Şimali Atlantika Alyansına daxil olan ölkələrin rəsmiləri ilə dostluq münasibətləri var. Xüsusiə Ərdoğanın, Macarıstanın baş naziri Viktor Orbanın, həmçinin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı çəkilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin