Azərbaycanda xarici jurnalistlərin akkreditasiyasından bu hallarda imtina olunacaq  

Hazırda oxunan: Azərbaycanda xarici jurnalistlərin akkreditasiyasından bu hallarda imtina olunacaq  

88379

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyasından hansı hallarda imtina olunacağı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb. 

Sənədə əsasən, xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur: 

1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda; 

2. saxta və ya yanlış məlumat təqdim edildikdə; 

3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda; 

4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə. 
Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin