FTB Trampın evində 11 məxfi sənəd aşkarladı

Hazırda oxunan: FTB Trampın evində 11 məxfi sənəd aşkarladı

88360

Federal Təhqiqat Bürosunun (FTB) agentləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən 11 dəst məxfi sənəd ələ keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Vot Strit Jurnal” məlumat yayıb.

Nəşrin məlumatına görə, mülkdən sənədlər, fotoşəkillər və qeydlər olan 20-yə yaxın qutu çıxarılıb.

Müsadirə edilən sənədlər arasında Trampın keçmiş müşaviri Rocer Stounun əfv fərmanı, həmçinin Fransa prezidenti ilə bağlı bəzi məlumatlar var.

Ümumilikdə 11 dəst məxfi sənədlər müsadirə edilib ki, onların arasında tam məxfi kimi təsnif edilən materiallar da var. Nəşrin yazdığına görə, bu cür materiallar yalnız xüsusi dövlət müəssisələrində saxlanıla bilər. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin