Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.
Bizim.Media xəbər verir ki, güləşçimiz həlledici görüşdə İran idmançısı Mahmud Rüstəmi ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Ü.Qənizadə 8:9 hesabı ilə məğlub olub və turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:51 / 12.08.2022
Daha bir güləşçimiz İslamiadada medal qazandı
Hazırda oxunan: Daha bir güləşçimiz İslamiadada medal qazandı
Hazırda oxunan: Daha bir güləşçimiz İslamiadada medal qazandı
88344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.