Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mərakeşlə B qrupunun III tur oyunundan öncə baş tutan görüşdə futbolçulara uğurlar arzulanıb.
Nazirlik və MOK rəsmiləri daha sonra qarşılaşmanı tribunadan izləyiblər.
Qeyd edək ki, rəqibi ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan millisi yarımfinala yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:39 / 12.08.2022
Nazir Azərbaycan millisinin oyununu izlədi - FOTO
Hazırda oxunan: Nazir Azərbaycan millisinin oyununu izlədi - FOTO
Hazırda oxunan: Nazir Azərbaycan millisinin oyununu izlədi - FOTO
88343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.