Ağırlıqqaldıranlarımızın İslamiadada çıxışları davam edir

Hazırda oxunan: Ağırlıqqaldıranlarımızın İslamiadada çıxışları davam edir

88261

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, ağırlıqqaldırma üzrə Azərbaycan komandasının 10 idmançısı (3 qadın, 7 kişi) yarışda iştirak edir. Təmsilçilərimizdən Tehran Məmmədov 61 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 116 kiloqramı ram edib. Təkanla qaldırmada isə 141 kiloqramı başı üzərinə qaldırıb.

Toplam 257 kiloqram (116+141) nəticə ilə atletimiz yekun sıralamada 6-cı yeri tutub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin