Trampın son əfvi: 100 nəfər cəzadan azad ediləcək

Hazırda oxunan: Trampın son əfvi: 100 nəfər cəzadan azad ediləcək

8823

Vəzifəsindən ayrılan ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi təsdiqləyəcəyi son əfvi elan etmək niyyətindədir. Onun siyahısında təxminən 100 nəfər olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp 10 respublikaçıdan qisas alacaq


Mənbə yazır ki, Tramp Oval Ofisdən ayrılmazdan əvvəl iki dəfə - keçən həftənin sonunda və 19 yanvarda əfv qərarı verəcəkdi.

Vaşinqtonda yanvarın 6-da baş verən qiyamlar səbəbindən planlar yenidən nəzərdən keçirilib. İndi prezidentin əfv sərəncamı yalnız Co Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasimi ərəfəsində elan ediləcək.

Ötən il dekabrın 23-də Donald Tramp məsləhətçisi Roger Stone və seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort da daxil olmaqla 26 nəfərin əfv edilməsi haqda fərmana imza atıb. 

Daha üç məhkumun həbs müddəti azaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin