Münasibətdə ilk addımı atmaqdan çəkinməyən BÜRCLƏR

Hazırda oxunan: Münasibətdə ilk addımı atmaqdan çəkinməyən BÜRCLƏR

88122

Münasibətlərin ən çətin hissəsi başlanğıcdır. Flört etmək gözəldir, insanın ürəyini titrədir, amma ilk addımı atmaq münasibətin irəliləyişini müəyyən etmək üçün vacibdir. Adətən hər iki tərəf kimin ilk addım atacağını və hətta bu addımın atılıb-atılmayacağını gözləyirlər.

Bizim.Media ilk addımı atmaqdan çəkiməyən bürclərin siyahısını təqdim edir:

Qoç

Cəsarətli Qoç bürcü münasibətə başlamaqdan qorxan insan deyil və ola da bilməz. Əksinə, hər hansı münasibətdə ilk addımı atan və dominant xarakteri ilə münasibəti istiqamətləndirən şəxsdir. Qoç cəsarətlidir, risk etməkdən qorxmur, mövzu nə olursa olsun, işi həll etmədən söhbəti bağlamaz. Qoç bürcü insanları birbaşa olmaq, mübarizədən qaçmamaq, istədiyini söyləmək, dialoq qurmaq kimi xüsusiyyətləri ilə açıq kitab kimidirlər.

Buğa

Qərarlı buğa münasibət qurmaqdan qorxmur. Əksinə, uzunmüddətli və ciddi münasibətə başlamaq üçün əlindən gələni edir. Onun məişət təbiəti həyatını kiminləsə paylaşmağa sövq edir. O, bu təkidlərə dözə bilmir və flörtlərini münasibətə çevirməkdən çəkinmir. Lazım gələrsə, bir-birinin ardınca birinci, hətta ikinci və üçüncü addımları da ata bilər.

Şir

Narsist şir, rədd edilməyəcəyinə həddindən artıq əmindir. O qədər arxayındır ki, ilk addımı atmaqdan heç vaxt çəkinmir. Düşünür ki, heç kim onun möhtəşəm enerjisinə, möhtəşəm duruşuna və sevgisinə çatmaq şansından imtina etməyəvək. Və onlar adətən ilk addımı atmaqla uğur qazanmağı bacarırlar.

Əqrəb

Qətiyyətli Əqrəb dünyanı, ümumiyyətlə, qara və ya ağ olaraq görür. Güclü emosiyalar hiss etdiyi yaxınlığın münasibətə çevrilə biləcəyinə və həmin insanla xoşbəxt olacağına əmindirsə, heç kim ona mane ola bilməz. İlk addımı dərhal atır və mümkün qədər tez davam etməsi üçün əlindən gələni edir.

Oxatan

Səbirsiz Oxatan heç vaxt gözləməyi sevmir. Bu səbəbdən bir şeyə doğru addım atmaq və dərhal yeni həyata başlamaq üçün niyə uzun zaman lazım olduğunu anlamır. Buna görə də kiminləsə flört etdiyini anlayan kimi bombaları partlatmaqdan çəkinmir. Qarşı tərəfdən müsbət cavab alarsa, əla, amma aldığı cavab mənfi olarsa, bu, oxatan bürcünü narahat etməyəcək. Çünki optimist xasiyyəti sayəsində bu vəziyyətdən asanlıqla çıxa bilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin