“Azərbaycanda koronavirusa yoluxma halları göstərilən rəqəmlərdən daha yüksəkdir”.
Bizim.Media xəbər verir ki, bunu Modern.az-a açıqlamasında TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, yoluxma halları yüksək olsa da, xəstəxanalara müraciət edənlərin sayı o qədər də çox deyil:
“İndi virusa yoluxanların sayı ilə bağlı statistikada göstərilən rəqəmlər nə qədər yüksək olsa da, bütün yoluxmaları özündə ehtiva etmir. Bu da bir çox insanın xəstəliyi yüngül formada keçirməsi və test verməməsi ilə bağlıdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, yoluxmanın yüksək olmağına baxmayaraq, xəstəxanalara müraciət o qədər də çox deyil. Bundan əvvəlki dalğalarda xəstəxanalar dolmuşdu, çarpayı problemi yaşanırdı. İndi belə problemimiz yoxdur”.
Həkim-infeksionist hesab edir ki, hazırda koronavirusa yoluxanlar xəstəliyi rahat keçirir:
“Təbii ki, bu, əvvəlcədən xəstəliyin keçirilməsi və nəticədə qalıcı immunitetin yaranması, eyni zamanda peyvəndləmə ilə əlaqədardır. Həmçinin yeni ştamlar özünü daha çox qripə bənzər əlamətlərlə büruzə verdiyindən xəstələr virusu daha yüngül formada keçirir”.
Bundan əlavə, TƏBİB nümayəndəsi yoluxma hallarının nə zaman pik həddə çatacağını da açıqlayıb:
“Bunu ancaq proqnozlaşdırmaq olar. Düşünürəm ki, təxminən avqustun sonu, sentyabrın əvvəllərində yoluxma statistikasındakı rəqəmlərin pik həddə çatacağını görə bilərik. Ancaq bundan sonra enişin şahidi ola bilərik”.
Bizim.Media
- A-
- A
- A+
COP29
16:15 / 11.08.2022
COVID-19-a yoluxma bu tarixdə pik həddə ÇATACAQ
Hazırda oxunan: COVID-19-a yoluxma bu tarixdə pik həddə ÇATACAQ
Hazırda oxunan: COVID-19-a yoluxma bu tarixdə pik həddə ÇATACAQ
88102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.