“Taliban”la İran arasında nə baş verir? – Sərhəddə VƏZİYYƏT DƏYİŞİR

Hazırda oxunan: “Taliban”la İran arasında nə baş verir? – Sərhəddə VƏZİYYƏT DƏYİŞİR

88060

“İranla “Taliban” arasında toqquşma sırf lokal xarakterli bir konfliktdir. Onun böyüyərək daha iri müstəvidə hərbi toqquşmalara gətirib çıxaracağını düşünmürəm”.

Bunu Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev “Taliban” rejimilə Tehran arasında son bir ay ərzində iki dəfə baş verən sərhəd toqquşmalarını şərh edərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

İran hökuməti Şərqi Azərbaycan vilayətinin Ermənistana ixracını təşviq edir


“Onlar arasında baş verən toqquşmaların hansısa bir səviyyədə metastaz verəcəyi və daha böyük hərbi toqquşmalara gətirib çıxaracağı gözlənilən deyil. Bu səbəbdən də həmin toqquşmaların regionumuza da sirayət edə biləcəyi ağlabatan deyil. Ondan daha böyük konfliktlər var. Bunlar ABŞ-İran və İsraillə İran arasında olan konfliktlərdir”. 

Həmsöhbətimiz bildirir ki, Qərbin “Taliban”la İranın diqqətini yayındırmaq, ona təzyiq etməsi effekt verəcək təzyiq aləti deyil: 

“Sadəcə olaraq, bu lokal toqquşmalar daha çox İranın nüvə proqramı ilə bağlı ABŞ-ın dirəniş göstərməsindən qaynaqlanır. Amma Qərbin “Taliban”la İranın başını qatmaq aləti zəifdir. Çünki ABŞ İrana qarşı mübarizədə digər təzyiq alətlərindən istifadəyə üstünlük verir. Bu təzyiq alətləri arasında iqtisadi sanksiyaları genişləndirməklə İran daxili vəziyyəti gərginləşdirmək aləti üstünlük təşkil edir. Ona görə də Əfqanıstan İran sərhədində baş verənləri Qərbin “Taliban”dan Tehrana qarşı yararlanmaq cəhdi olduğunu düşünmürəm”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin