Təzə gəlin “qanlı bıçaq” olduğu qaynanası Viktoriya Bekhemdən DANIŞDI - FOTO 

Hazırda oxunan: Təzə gəlin “qanlı bıçaq” olduğu qaynanası Viktoriya Bekhemdən DANIŞDI - FOTO 

88054

“Mən onun (qaynanası Viktoriya Bekhem – red.) brendinin paltarını geyinəcəkdim və çox istəyirdim. Ancaq bir neçə aydan sonra Viktoriya anladı ki, onun atelyesi onu tikə bilməyəcək. Ona görə də başqa paltar seçməli oldum. Amma o, geyinə bilməyəcəyimi demədi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Nikola Peltz həyat yoldaşı Bruklin Bekhemlə “Variety” dərgisinə verdiyi müsahibədə qayınanası Viktoriya Bekhemlə münasibətindən danışıb.  

Bruklin Bekhem də öz növbəsində anası ilə həyat yoldaşı arasındakı münaqişədən danışaraq, bunun onun üçün sürpriz olmadığını bildirib. 

“Bilirdim ki, insanlar həmişə belə şeylər yazacaqlar, həmişə kimisə aşağı salmağa çalışacaqlar. Amma hamı bir-biri ilə yola gedir”. 

O, arvadının soyadını götürmək qərarından da söz açıb. Şayiələrə görə, bu, anasını da narazı salıb. 

“Biz soyadlarımızı birləşdirdik: "Düşündüm ki, biz yeni bir şeyə başlaya bilərik və bu, əla olardı. Bizim öz uşaqlarımız kiçik Peltz Bekhemlər qaçacaq”. 

Müsahibədə cütlük dünyaya uşaq gətirmək niyyətində olsalar da, yaxın gələcəkdə bunu planlaşdırmadıqlarını söyləyiblər.  

“Gələn il uşaq sahibi olmağı planlaşdırmırıq. Amma nə vaxtsa böyük bir ailəmizin olmasını, həmçinin uşaq evindən övladlığa uşaq götürməyi istərdik”.  

Qeyd edək ki, Devid və Viktoriya Bekhemin böyük oğlu sevgilisi - milyarder maliyyəçi Nelson Peltsin qızı, 27 yaşlı Nikola ilə bu ilin aprelində nikahı olmuşdu. Üç günlük toy şənliyilə keçirilən mərasim Paml-Biçdəki dəbdəbəli 103 milyon dollarlıq “Montsorrel” malikanəsində baş tutmuşdu.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin