Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə daha 6 cavab görüşü keçiriləcək.
Türkiyə "Fənərbağça"sı Çexiyada "Slovaçko"nun qonağı olacaq. "Sarı-lacivərdlilər" İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Daha əvvəl İrlandiyanın "Şemrok Rovers" klubu Şimali Makedoniyada "Şkupi"yə2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust
20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya)
İlk oyun - 2:0
21:00. "Slovaçko" (Çexiya) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 0:3
21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya)
İlk oyun - 2:0
22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç)
İlk oyun - 0:3
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1
23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr)
İlk oyun - 1:2
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-də baş tutacaq.
Bizim.Media