Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlann dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.
Bizim.Media xəbər verir ki, dirəyin yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacağı gözlənilir.
Qeyd edək ki, dirək platformasında ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.
Bizim.Media