Azər Ayxan: “İlham Əliyevlə Ərdoğan Türk dünyasının yeni dizaynını yaradırlar” – FOTOLAR  

Hazırda oxunan: Azər Ayxan: “İlham Əliyevlə Ərdoğan Türk dünyasının yeni dizaynını yaradırlar” – FOTOLAR  

87931

“Ukrayna-Rusiya, Çin-Tayvan nümunələrində qardaş, qohum xalqların arasında gedən müharibə və gərginlik fonunda Əliyevlə Ərdoğan Türk Dünyasına yeni qədər, yeni strategiya, yeni dostluq biçirlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış jurnalist, ekspert Azər Ayxan feysbuk hesabında yazıb.  

Belə ki, jurnalist Azərbaycan-Türkiyə münasibətlərinin inkişafını müxtəlif dönəmlərdə çəkilən fotoların fonunda şərh edib: 


“Birinci foto 2020-ci ilin avqust ayının bu günlərində Ankarada çəkilib. Heyətə baxırsınızmı?. Bu fotoya həmin vaxt "diplomatik təmasdan çox, müharibə hazırlığı" qeydi yazmışdım. Üstündən ay yarım keçdi, savaş başladı. 44 günlük Vətən savaşında Türkiyənin, sayın Rəcəb Tayyib Ərdoğanın, Mövlud Çavuşoğlunun, Hulusi Akarın və digər rəsmilərin tutduqları mövqe hamımıza gözəlcə aydındır. Düşüncələrimizi aydınlatdılar bu rəftarları ilə. Gözlərimizi sevinc yaşına boğdular. 


İkinci foto 2020-ci ilin dekbarın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradındandır. Türkiyə prezidenti Azərbaycanı savaşda tək qoymadığı kimi qələbəni qeyd edəndə də yanımızda oldu. İlham Əliyevlə Qarabağ və Şuşa Zəfərini birlikdə rəsmiləşdirdilər. 


Bir başqa foto 2021-ci ilin iyun ayında Şuşada çəkilib. İki prezident Şuşa Bəyənnaməsinə imza atırlar. İki qardaş imzalarını, ürəklərini, biləklərini, bayraqlarını və güclərini qoşalaşdırıb Azərbaycanı, Şuşanı, Qarabağı, Türk coğrafiyasını, Türk Dünyasının gələcəyini qoruma altına aldılar. 


İki prezident əllərində qayçı ötən ilin oktyabrında Füzuli aeroportunun açılışını edirlər. Bu fotoya həmin vaxt bunları yazmışdım:

"Əliyevlə Ərdoğan sıradan açılış lenti kəsmirlər. Həm də bölgənin yeni dizaynını yaradırlar, türk dünyasına qədər biçirlər. 


Və nəhayət, dünən Konyada iki prezidentin birgə fotolarına diqqət etdikdə, burda bir arxayınlıq, yekun görünür. İki qardaş dövlət, iki qardaş prezident, iki qardaş millət 200 ilə sığmayan 2 illik fəaliyyətlə bölgədən rusçuluğu, erməniçiliyi, Türkiyəni, Azərbaycanı təhdid edən artsaxçılığı qazıyıb tarixin zibilliyinə atdılar. Hələ İranın vaxtaşırı Azərbaycanı təhdid edən davranışlarını demirəm. Hardadı İran? Səsini eşidən varmı?” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin