Kamala Harris əvvəlki vəzifəsini bu tarixdə tərk edəcək

Hazırda oxunan: Kamala Harris əvvəlki vəzifəsini bu tarixdə tərk edəcək

8793

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris sabah ABŞ Konqresinin Kaliforniya ştatından senatoru vəzifəsindən ayrılacaq.

Bizim.Media xəbər verir ki, Harris bu barədə Kaliforniya qubernatorunu məlumatlandırıb.

Yeni vitse-prezidentin köməkçilərindən biri Kamal Harrisin köhnə vəzifəsindən ayrılacağını rəsmi olaraq yanvarın 18-də elan edəcəyini deyib.

Kaliforniyanın qubernatoru Nyusom Harrisin yerinə Aleks Padillanın təyin edildiyini bildirib.

Xatırladaq ki, Cozef Baydenin inauqurasiyasının yanvarın 20-də baş tutacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin