İranın Ermənistanda ÇEVRİLİŞ CƏHDİ – Festival adı ilə ölkəyə casuslar soxulub, Rusiya ARAYA GİRDİ

Hazırda oxunan: İranın Ermənistanda ÇEVRİLİŞ CƏHDİ – Festival adı ilə ölkəyə casuslar soxulub, Rusiya ARAYA GİRDİ

87919

Rusiya sərhədçiləri tərəfindən Qərbi Zəngəzur ərazisində nəzarət postlarını qurulması erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Belə ki, İran-Ermənistan sərhədində yaradılan keçid məntəqəsi cənubdan gələn bütün nəqliyyat vasitələrində ciddi yoxlamalar aparır.

Rusiya rəsmi mənbələri bu addıma səbəb kimi İrandan Ermənistana qaçaq yolla gətirilən narkotik vasitələrin saxlanılmasını göstəriblər.

Lakin bu açıqlamaya nə erməni cəmiyyəti, nə də üçüncü tərəflər inanıblar. Ən azından ona görə ki, İrandan narkotik trafiki əvvəllər də mövcud idi. Elə Rusiya sərhədçiləri də uzun müddətdir ki, Qərbi Zəngəzurdadılar. 

Belə olan halda sual yaranır:

Rusiyanın birdən-birə əl-ayağa düşməsinə səbəb nədir?


Bizim.Media-nı araşdırması nəticəsində bəzi detallar üzə çıxmağa başladı. Belə ki, avqustun 10-11-də Zəngəzurda İran-Ermənistan birgə kunliariya festivalı keçirilir. Artıq ənənə halını almış, hər il keçirilən bu tədbir üçün İrandan minlərlə turistin Zəngəzura üz tutduğu deyilir.

Təbii ki, ilk baxışdan klassik mədəniyyət tədbiri üçün rusların əl-ayağa düşməsinə hər hansı səbəb tapmaq çətindir. Lakin məsələyə bir qədər də geniş prizmadan baxsaq, ümumi mənzərəni daha aydın görə bilərik.

Hamımıza məlumdur ki, Zəngəzur ərazisi İran üçün “qırmızı xətt” səviyyəsində önəm və əhəmiyyətə malikdir.

Rəsmi Tehranın Zəngəzura marağı o qədər böyükdür ki, bunun üçün sərhədlərimizə qoşun yeritməkdən, Azərbaycanla savaşın eşiyinə gəlməkdən belə çəkinmədilər. Eyni zamanda erməni cəmiyyəti üçün Zəngəzur dəhlizi ciddi narahtlıq doğurur. Belə ki, erməni müxalifəti Zəngəzur koridorunu Ermənistanın suverenliyinə təhdid kimi göstərməklə, Paşinyanı ittiham etmək kartından daima istifadə ediblər.

Coğrafi səbəblərlə yanaşı, hazırki siyasi duruma da diqqət yetirməkdə fayda var. Qarabağda aparılan “Qisas” əməliyyatı Ermənistana, eləcə də digər güclərə Azərbaycanın qəti mövqeyini bir daha nümayiş etdirdi. Azərbaycan sülhdə, üçtərəfli bəyanatın bütün bəndlərinin icrasında, o cümlədən Zəngəzur dəhlizinin açılmasında gözləmə mövqeyi tutmaqdan xeyli uzaqdır. Paşinyanın isə sülhdən qaçmağa yeri qalmayıb.

İran axırıncı yola əl atır...

Belə olan halda Zəngəzur dəhlizinə qarşı olan qüvvələrin hərəkətə keçməsi də başadüşülən olmalıdır. O cümlədən də İranın...

Sosial şəbəkələrin erməni seqmentinə nəzər saldıqda, İrandan gələn axın heç də mədəni məqsədlərə xidmət etmədiyi iddialarına rast gəldik. Qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzdində olan sərhəd qüvvələri də bu məsələdən agahdır və onlar əslində narkotik yox, silah axtarışındadırlar.

Bunun edilməsinin səbəbi isə Ermənistanda növbəti çaxnaşma və hakimiyyətə qarşı qəsdin qarşısını almaqdır.
 

İranın Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olmasının səbəblərini yuxarıda qeyd etdik. Rusiya isə İrəvanda hakimiyyət böhranında maraqlı deyil. Ona görə ki, sanksiyaların cəngində olan Moskva Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasında maraqlıdır.


Hakimiyyət krizisi isə onsuzda reallaşması yetərincə uzanmış layihəni daha da gecikdirə bilər. Bir sözlə, Rusiya hal-hazırda hər vəchlə İranın Ermənistandaxili böhran yaratmaq cəhdlərinin qarşısını almağa çalışır. Ermənistan cəmiyyəti isə nə qədər bunu suverenliyin təhqiri kimi qəbul etsələr də, başa düşməlidirlər ki, başqa çıxış yolları yoxdur. Çünki növbəti böhran Ermənistanın dövlət kimi sonunu gətirə bilər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin