Gəncədə bir qrup vətəndaşa damazlıq heyvan verildi - FOTO

Hazırda oxunan: Gəncədə bir qrup vətəndaşa damazlıq heyvan verildi - FOTO

87905

Bu gün Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində daha bir qrup vətəndaş aktivlərlə təmin edilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə Gəncə, Şəmkir və Göygöldən olan 25 vətəndaşa simmental cins iribuynuzlu damazlıq heyvan, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib.

Aktivlərlə təmin edilən şəxslər arasında şəhid ailəsi üzvləri, qazilər və vətən müharibəsi iştirakçıları da var.  

Qeyd edək ki, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.
Ümumilikdə 200 vətəndaşı əhatə etməsi nəzərdə tutulan layihə çərçivəsində bugünədək 120 vətəndaş aktivlərlə təmin edilib. Yaxın günlərdə daha 80 vətəndaşın bu proqramdan yararlanması nəzərdə tutulub.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin