Rusiya İstintaq Komitəsi “Birinci kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovaya qarşı cinayət işi qaldırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Dmitri Zaxvatov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya telekanalında baş verən insident araşdırılır – Redaktor saxlanılıb
Jurnalist Rusiya ordusu haqqında dezinformasiya yaymaqda ittiham olunur. Vəkilin sözlərinə görə, bundan əvvəl Ovsyannikovanın mənzilində axtarış aparılıb.
Qeyd edək ki, M. Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb.
Bizim.Media