Son on ildə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 10 milyard ABŞ dollarından çox olub. 2022-ci il və növbəti illərdə birbaşa xarici investisiyaların həcmi artmaqda davam edəcək.
Bizim.Media xəbər verir ki, bunu Apa.az-a açıqlamasında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
O bildirib ki, birbaşa xarici investisiyaların təşviqi strategiyasında müəyyən rəqəmlər nəzərdə tutulub:
"Bu rəqəmlər illər üzrə bölünüb, rəqəmlərdə konyuktura uyğun olaraq müəyyən korrektələr ola bilər. Ortalama olaraq cəlb edilən birbaşa xarici investisiyalar illik 1 milyard dollar civarındadır".
Yusif Abdullayev qeyd edib ki, Azərbaycanda birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır və bu strategiyanın da bu il ərzində qəbul edilməsini gözlənilir:
"Strategiyada investisiya yatırılması gözlənilən sahələri müəyyənləşdirir. Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri çərçivəsində sənaye zonaları, sənaye parkları yaradılıb. Bu da bizə imkan verir ki, xaricdən rahatlıqla investorları ölkəyə cəlb edək. Bu sənaye zonalarında investorlar üçün şərait yaxşıdır, rəqabətlidir. Biz investorlara yaxşı şərait təklif edirik".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:20 / 10.08.2022
Qeyri-neft sektoruna xarici investisiyalar artacaq
Hazırda oxunan: Qeyri-neft sektoruna xarici investisiyalar artacaq
Hazırda oxunan: Qeyri-neft sektoruna xarici investisiyalar artacaq
87850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.