Bakıda tanışının qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Rahimi Mahdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media-nın xəbərinə görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 23-nə təyin olunub.
Qeyd edək ki, Rahimi Mahdinin cinayət işi ötən il də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılıb. Məhkəmə o zaman Rahimi Mahdinin 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Bu hökmdən narazı qalan Rahimi Mahdinin vəkili apellyasiya şikayəti verib. Vəkil şikayətində qeyd edib ki, cinayət işi birinci instansiya məhkəməsində araşdırılan zaman təqsirləndirilən şəxs tərcüməçi ilə təmin olunmayıb.
Apellyasiya instansiyasında müəyyən edilib ki, birinci instansiya məhkəməsində fars dilini bilən mükəmməl bilən tərcüməçi Sənan İbrahimov iştirak edib.
Amma Rahimi Mahdi ana dilində - dari (əfqan dili) dilində tərcüməçi istəyib. Apellyasiya instansiyasının hakimləri isə Sənan İbrahimovun dari dilini bilmədiyini müəyyən ediblər. Bu halın işdə ciddi qanun pozuntusu olduğu qənaətinə gələn Bakı Apellyasiya Məhkəməsinin hakimləri Rahimi Mahdinin vəkilinin şikayətini təmin ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı və hökmü ləğv edilib. İş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edib.
İttihama görə, hadisə 2019-cu il iyunun 21-də baş verib.
Rahimi həmin gün saat 16 radələrində kirayə yaşadığı evdə körpə uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünə məxsus yataq otağında olarkən körpə uşağını qucağına almaqdan ötrü otağa daxil olan tanışının qızı, 2009-cu il təvəllüdlü zərərçəkmişə zor tətbiq edib. Ona qarşı seksual xarakterli hərəkətlər edib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Rahimi Mahdi cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onun köməksiz vəziyyətindən istifadə edib. Zərərçəkmişin ifadəsinə görə, Rahimi zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rahimi Mahdi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evinə qonaq gəlmiş yeniyetmə övladı ilə otağında olub.
Onun sözlərinə görə, həmin şəxs uşağı qucağına almaq istədikdə körpənin yıxılacağından qorxduğu üçün onun əlindən tutub. O, qıza qarşı zor tətbiq etmədiyini deyib.
İstintaq orqanı tərəfindən Rahimi Mahdinin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 10.08.2022
Bakıda tanışının qızına qarşı seksual hərəkətlər edən əfqan yenidən MÜHAKİMƏ OLUNUR
Hazırda oxunan: Bakıda tanışının qızına qarşı seksual hərəkətlər edən əfqan yenidən MÜHAKİMƏ OLUNUR
Hazırda oxunan: Bakıda tanışının qızına qarşı seksual hərəkətlər edən əfqan yenidən MÜHAKİMƏ OLUNUR
87838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.