Böyük Britaniyanın paytaxtı London şəhərində Aşura günü ilə bağlı yürüş keçirilib.
Bizim.Media xəbər verir ki, yürüşə müxtəlif millətlərdən olan yüzlərlə müsəlman qatılıb.
Yürüşdə müxtəlif dini şüarlar yazılmış bayraqlar qaldırılıb, islamofobiya əleyhinə şüarlar səsləndirilib və İslam dinin sülhü müdafiə etdiyi qeyd olunub.
Yerli polis qüvvələri yürüş zamanı təhlükəsizliyi təmin edib.
Bizim.Media