Son günlər COVİD-19-a yoluxmada dinamika müşahidə olunur. Bu da haqlı olaraq əhali arasında təşviş yaradır. İnsanlar yenidən qapanmaya gediləcəyindən, cəza tədbirlərinin yenidən sərtləşdiriləcəyindən çox narahatdır. Təbii ki, bu cür narahatçılıq və təşvişlər insanları mənfi enrji ilə yükləyir və hətta bir çoxlarını təvişə salır.
Məsələ ilə bağlı tanınmış həkim Aydın Əliyevlə əlaqə saxladıq. O, narahatçılığa heç bir əsas olmadığını bildirdi:
“Hal-hazırda bizim ölkəmizdə “COVİD-19 pandemiyası yoxdur. Bizim ölkəmiz üçün bu pandemiya bitib. TƏBİB gündəlik yoluxma sayını göstərir.
Biz TƏBİB-ə də təklif göndərmişdik ki, artıq bu sayı göstərməyə ehtiyac yoxdur. Artıq karonavirus mutasiyaya uğradığından yoluxanlar xəstəliyi çox yüngül formada keçirir. Biz onlarla xəstənin döş qəfəsinin kompüter tomaqrafiyası və rentgen müayinələrini görmüşük.
Heç birində ağ ciyər zədələnməsi aşkarlanmayıb. Bu xəstəlik artıq bizim bildiyimiz qrip kimi adi formada keçir. Ağırlaşma demək olar ki, yoxdur. İstisna hallarda əvvəldən hansısa xəstəlikdən əziyyət çəkən insanlar yoluxmanı nisbətən ağır keçirdirlər. Bu da təbii haldır”.
Aydın Əliyev təhlükənin arxada qaldığını onunla əsaslandırdı ki, bizim əhalinin böyük əksəriyyəti 3 doza peyvəndi qəbul edib:
“İndiyə qədər təqribən 3 milyon civarında insan bu xəstəliyə yoluxub, sağalıbdır. Beləcə, insanlar təbii immunitet əldə ediblər. Düzdür rəsmi statistika bunun bir milyon olduğunu göstərir. Amma hamımız bilirik ki, ən azından 3 milyondan artıq insan bu xəstəliyə yoluxub. Artıq əhalimizdə kollektiv immunitet formalaşıb. Ən vacibi isə koronavirus mutasiyaya uğrayaraq öldürücülük qabiliyyətini sıfırlayıb. Və yoluxan şəxslərdə ağır keçirmə qorxusu yoxdur”.
Həkim onu da vurğulayıb ki, bu məsələ bizim üçün artıq qeyr-aktualdır:
“Bundan hansısa bir maska geyinmək, qapanmaya getmək məqsədi ilə istifadə etmək yolverilməzdir, absurddur.
Hansısa sərt tədbirlərin görülməsi və insanlara cərimələrin tətbiqi qətiyyən yolverilməzdir. Hazırda ölkəmizdə statistika aparsaq su çiçəyi və digər yoluxucu xəstəliyə yoluxma daha çoxdur, nəinki koronavirusa” - deyərək Aydın Əliyev fikirlərini yekunlaşdırıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
09:00 / 10.08.2022
COVİD-19 epoxası bitdi? – “Koronavirus adından sərt qaydaların tətbiqi üçün istifadə etmək absurddur” - HƏKİM
Hazırda oxunan: COVİD-19 epoxası bitdi? – “Koronavirus adından sərt qaydaların tətbiqi üçün istifadə etmək absurddur” - HƏKİM
Hazırda oxunan: COVİD-19 epoxası bitdi? – “Koronavirus adından sərt qaydaların tətbiqi üçün istifadə etmək absurddur” - HƏKİM
87749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.